9 Iyun 2024, Bazar günü
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu

Ölkə futbolu

“Qəbələ” Serbiyada uduzmayacaq

Avroliqanın II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində baş tutacaq “Çukariçki” - “Qəbələ” oyununu rumın Radu Marian Petresku idarə edəcək. Futbolxeber.az-ın məlumatına görə, 33 yaşlı rumın hakim artıq 3 ildir ki, FİFA referisi adını daşıyır. O, doğma dili ilə yanaşı ingilis və ispan dillərini də bilir. Petreskunun hobbisi kitab oxumaq və tennisdir.

Rumın hakim bu günə kimi Azərbaycan klublarının və millimizin oyunlarını idarə etməyib. Petresku ilə bağlı maraqlı bir statistika diqqət çəkir. Belə ki, rumın referinin bu günə kimi Avroliqa və Çempionlar Liqasında idarə etdiyi oyunların heç birində meydan sahibləri qələbə qazanmayıb. Bu günə kimi Petresku ÇL-də 1, Avroliqada isə 2 matçda fit çalıb. Həmin görüşlərin 2-si qolsuz heç-heçə ilə tamamlanıb. 1 oyunda isə qonaqlar 1:0 hesablı qələbəyə sevinib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30