29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Oğlum “Qəbələ”ni Rusiya klublarından üstün tutmaqla düz etdi”

“Qəbələ”nin yeni transferi Vitali Vernidubun atası Yuri Vernidub maraqlı açıqlaması ilə diqqət çəkib. Futbolxeber.az-ın məlumatına görə, o, oğlunun Rusiya klublarının təklifini qəbul etməyərək, “Qəbələ”yə keçidini dəyərləndirib.

Luqans “Zarya”sının baş məşqçisi postunda çalışan Vernidub oğlunun qərarını düzgün sayır: “Vitalinin yaxın vaxtlarda 28 yaşı tamam olacaq. Futbol həyatı uzun müddətli deyil. Düzdü, onun yaşı hələ oynamağa imkan verir. Amma gələcək karyeranla bağlı qərar verəndə maddi tərəfi də düşünməlisən. “Qəbələ”dən maddi cəhətdən sərfəli təklif gəldi, Vitali də razılaşdı”.

Vernidub oğlunun Rusiya klublarından təklif aldığını, lakin qəbul etmədiyini bildirib. O qeyd edib ki, Vitali qərar verərkən, əsl vətənpərvər kimi davranıb: “Onu “Zarya”da saxlaya bilmədiyim üçün təəssüflənirəm. Ancaq Vitalini dayandırmadım, “Qəbələ”yə keçidinə mane olmadım. Düzü, “Qəbələ” ilə yanaşı, Rusiya klublarından ciddi təkliflər gəlmişdi. İnandırım sizi, həmin təkliflərin şərtləri “Qəbələ”nin təklifindən iki dəfə yaxşı idi. Oğlum dedi ki, mən nə vaxtsa Rusiyanın aparıcı klubunda oynamağı arzu etmişəm. Amma indiki məqamda mənəvi cəhətdən bu addımı ata bilmərəm. Vitali Rusiya klubuna keçməməklə, əsl patriot kimi davrandı. Buna görə də, onun qərarını tam dəstəklədim. Odu ki, oğlum “Qəbələ”yə keçməklə düz etdi”.

Qeyd edək ki, Vernidub “Qəbələ”yə keçməmişdən öncə, atasının çalışdırdığı “Zarya” klubunda çıxış edirdi.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31