8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Ramin Musayev: "Anar Salmanov Premyer Liqa oyunlarını idarə etməyəcək"

 

FİFA referisi Anar Salmanovun cəzalandırılmasını Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də təsdiqləyib. Futbolxeber.az-ın məlumatına görə, Musayev "İdman Azərbaycan" kanalının canlı yayımında FİFA referisinin taleyi haqda danışıb: "Anar Salmanov "Neftçi" - "Qarabağ" oyununda FİFA referisinə yaraşmayan kobud səhvə yol verib. Mən Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla görüşdüm. İnanmıram ki, o, Anarı bağışlasın. Ona görə də qərara aldıq ki, Salmanov bundan sonra birinci dəstə oyunlarını idarə etsin. Əgər o, FİFA-nın birinci dərəcə hakimliyini qazanarsa, onda biz Anarın işinə yenidən baxacağıq".

Xatırladaq ki, bir müddət əvvəl Futbolxeber.az saytı da daxil olmaqla bir neçə KİV orqanı Salmanovun cəzalandırıldığını yazsa da, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov bunu təkzib etmişdi. Hətta Məmmədov irəli gedərək, "kim Anarın cəzalandığını deyirsə, başa daşa döyür" demişdi. Zaman kimin başını daşa döydüyünü göstərdi, Xaqani bəy.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30