28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Novruzov “Elazığspor”a lazım olmadı

Premyer Liqanın 2014/15 mövsümünün ən yaxşı bombardiri olan Nurlan Novruzovun Türkiyənin “Elazığspor” klubuna keçidi baş tutmayıb. Futbolxeber.az-ın apasport.az-a istinadən verdiyi məlumata görə, “Bakı”nın heyətində 15 qolla çempionatın ən məhsuldar oyunçusu olan 22 yaşlı hücumçu I liqa klubu ilə anlaşa bilməyib.

Tərəflər arasında danışıqların 1-ci mərhələsi ilkin anlaşma ilə nəticələnsə də, sonda ortaq məxrəcə gəlinməyib. Belə ki, 1+1 illik müqaviləyə qol çəkəcəyi gözlənilən Nurlan türkiyəlilərin təklif etdiyi maliyyə şərtləri ilə razılaşmayıb.

Nəticədə karyerasında ilk dəfə legioner həyatı yaşamağa yaxın olan hücumçu başqa klubla bağlı variantları axtarmağa qərar verib.

Qeyd edək ki, Novruzov indiyədək Premyer Liqada 75 oyun keçirib, 21 qol vurub.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31