29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Sadıq Sadıqov: "Neftçi” hətta Avroliqanın qrup mərhələsinə də düşə bilər”

“Neftçi” İdman Klubu”nun rəhbəri, “Neftçi” klubunun Müşahidə Şurasının üzvü Sadıq Sadıqovun müsahibəsi

- I Avropa Oyunlarında “Neftçi” İdman Klubunun idmançılarının çıxışı tam ürəyinizcədimi?

- Klubumuzun üzvlərindən daha yaxşı nəticə gözləyirdik. Hələ vaxtımız var, medallarımızın sayını artıra bilərik. Cəmiyyətimiz bu vaxta qədər 10 medal qazanıb. Öyünmək kimi çıxmasın, “Neftçi” İdman Klub”u dünyada bəlkə də yeganə idman klubudu ki, həm Avropa Oyunlarında, həm dünya çempionatlarında, həm də Olimpiya oyunlarında bu qədər idmançı ilə iştirak edir.

- Qılıncoynatma yarışlarında “Neftçi”nin üzvləri – Sevil və Sevinc Bünyatova bacıları 2 medal əldə etdilər. Onlardan bu uğuru gözləyirdizmi?

- Qılıncoynatma yarışlarında yer tutan idmançılar, elə bil ki, bizim öz övladlarımızdı. Özünüz bilirsiz ki, “Neftçi” İdman Sağlamlıq mərkəzi Suraxanıda yerləşirdi. Bu qızlar ora idmana gəliblər. İkisi də azərbaycanlı qızlarıdı. And olsun Allaha, onlarla qürur duyuram. Komanda şəklində böyük nailiyyətlər əldə etmişdilər. Reytinq baxımından idmançılarımızın şansını dəyərləndirəndə, imkanlarını 50-nin 50-yə görürdüm. Lakin elə yarışdılar ki... Onlara halal olsun.

- Keçək “Neftçi” ilə bağlı suallarımıza...

- (Dərhal müdaxilə edir – T.M.) Hazırda mənim üçün ən önəmlisi Avropa Oyunlarıdı. Millətimiz, xalqımız bu gün sevinc ab-havası ilə yaşayır. Hələ ki, “Neftçi”ni qoyaq arxa plana. İnşallah, Avropa Oyunları bitsin, sonra danışarıq. Gəlin, malı mala qatmayaq.

- Axı “Neftçi” də sizə əzizdi. Onu necə arxa plana qoyaq?

- Bəli, “Neftçi” mənə əzizdi, özü də həddindən artıq əzizdi. Amma özümə söz vermişəm ki, “Neftçi” haqda iyunun 28-dən sonra danışacam. Hansı suallarınız olsa, Avropa Oyunlarından sonra cavab verməyə hazıram.

- “Neftçi”nin hazırkı durumu barədə nə düşünürsüz?

- Bugünkü duruma gəlincə, mən elə başa düşürəm ki, “Neftçi”də hər şey qaydasındadı. Bundan sonra da yaxşılığa doğru gedəcək.

- “Neftçi” Avropa Liqasının I təsnifat mərhələsində Çernoqoriyanın “Mladost” klubu ilə qarşılaşacaq. Komandanın bu səddi keçəcəyinə ümid edirsizmi?

- İnsan ümidsiz yaşaya bilər bu dünyada? Əlbəttə ki, ümid edirik. Hər şey ola bilər. “Neftçi” növbəti mərhələyə, hətta Avroliqanın qrup mərhələsinə də düşə bilər.

- “Neftçi” vaxtilə bunu reallaşdırıb. Amma hazırkı heyət həmin heyətdən fərqlidi...

- “Neftçi” əvvəl edib də bunu. Qismət Allahdandı. İndi də komanda oynamaq istəyən, loru dillə desək, ac futbolçulardan, enerjili gənclərdən təşkil olunub. Keçmiş “Neftçi” qalib gələ bilirdi, onlar nəyə görə bunu bacarmasınlar?

- Nəzərə alaq ki, komandanın yeni baş məşqçisi də gəncdi...

- Düzdü, məşqçi gəncdi amma istəklidi. Qurban Qurbanov necə yetişdi? O da Samir Əliyev kimi gənc yaşlarından məşqçiliyə başladı. Əvvəlcə “Neftçi”də işlədi, sonra getdi “Qarabağ”a. Orda da uğurlarını davam etdirir, bu gün də biz onu alqışlayırıq. Gələcəkdə tam əminliklə deyə bilərik ki, Qurban Qurbanov bir məşqçi kimi Azərbaycan futbolunun yükünü daşıya bilər. Heyətdəki gənc futbolçulardan milli səviyyəsində də bəhrələnəcəyik. İndi, demək olar ki, bütün klublarımızda gəncləşdirmə siyasəti aparılır. Bu, gələcəyə hesablanmış addımdı. Yerli futbolçulara oyun təcrübəsi qazandırmaq lazımdı. Bunsuz irəliləyişdən danışmaq olmaz.

Mənbə: apasport.az 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31