8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Elxan Məmmədov: “Millimizin qrupda üçüncü yeri tutmaq şansı qalır”

AFFA-nın baş katibi Elxan Məmmədov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Norveçə qarşı keçirilmiş oyundan danışıb. Futbolxeber.az-ın məlumatına görə, o, qolsuz bitən qarşılaşma ilə bağlı öncə bunları söyləyib: "Əsas odur ki, vətənə əliboş qayıtmırıq. Səfərdən bir xalla qayıdırıq. Bu xal bizim üçün çox vacibdir. Çünki səfərdə oynayırdıq. Özü də Norveç yığması qrupdan çıxmaq uğrunda mübarizə aparır. Robert Prosineçkinin də dediyi kimi, bu qələbəni Bakıda təşkil olunan Avropa Oyunlarına həsr edirik".

Məmmədovun sözlərinə görə, komandamız ilk 45 dəqiqədə daha yaxşı oynayıb: "Hər iki  hissədə yaxşı təsir bağışladıq. Amma ilk yarının daha uğurlu alındığını düşünürəm. Komandamız bu oyunda öz dişini göstərməyi bacardı. Əsas odur ki, qol buraxmadıq, səfərdə bir xal qazandıq. Bu, bizim üçün kiçik uğur deyil. Baxmayaraq ki, qələbəyə də ümidli idik".

AFFA-nın baş katibi komandamızın qrup üçüncüsü olmaq şanslarından da söz açıb: "Nəzəri cəhətdən hələ şansımız qalır. Yeni baş məşqçi ilə ikinci rəsmi oyunumuzda da uduzmamağımız məni daha çox sevindirir".

"Robert Prosineçki tsiklin əvvəlindən yığmamıza rəhbərlik etsəydi, nəticələrimiz fərqli olardımı" sualına Məmmədovun cavabı belə olub: "Hər şey ola bilərdi (gülür). Amma o, öz işinə bu ildən başlayıb".

Mənbə: azerisport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30