8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

“Neftçi” və “Qarabağ”a uğursuzluq gətirən referi millimizin oyununda

Xəbər verdiyimiz kimi, Avro-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Norveç - Azərbaycan oyununu polşalı Pavel Gil idarə edəcək. Futbolxeber.az-ın məlumatına görə, Gil Lublində anadan olub. Polyak, alman və ingilis dillərini bilir. İxtisasca iqtisadçıdır. 2009-cu ildən FİFA hakimi adını daşıyır. Bu referi azərbaycanlı futbolsevərlərə tanışdır. O, 2 il əvvəl Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab görüşü çərçivəsində keçirilən “Skenderbeu” - “Neftçi” matçını idarə edib. Həmin görüşdə Albaniya çempionu 116-cı dəqiqədə vurduğu qolla mərhələ adlayıb. “Neftçi”nin yenilgisində polşalı hakimin “Neftçi”nin müdafiəçisi İqor Mitreskini meydandan qovmasının da az rolu olmamışdı.

Başa çatan mövsümdə isə polşalı referi Avroliqanın qrup mərhələsi çərçivəsində Bakıda keçirilən “Qarabağ” - “Dnepr” matçında baş hakim olub. Ukrayna klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşan matçda Gil “Qarabağ”ın və millimizin müdafiəçisi Bədavi Hüseynovu sarı vərəqə ilə cəzalandırıb.

İndiyə kimi Azərbaycan millisinin görüşünü idarə etməyən polşalı referi Norveçin müxtəlif yaş qrupları üzrə yığmalarının oyunlarında iş başında olub. DÇ-2014-ün seçmə mərhələsində Gilin idarə etdiyi oyunda Norveç səfərdə Kipri 3:1 hesabı ilə məğlub edib. Aşağı yaş qrupları üzrə yığmalarında matçında isə Norveç 3 qələbə qazanıb, 1 heç-heçə edib, 1 dəfə isə uduzub. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30