8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Qəbələ” Qazaxıstandan kubokla dönür

“Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası Qazaxıstanda keçirilən beynəlxalq turnirdə 3-cü - sonuncu oyununu keçirib. Futbolxeber.az-ın məlumatına görə, “Qırmızı-qaralar” həlledici görüşdə Qırğızıstanın "Abdış-Ata" kollektivi ilə qarşılaşıb. İlk iki oyunda böyükhesablı qələbələr qazanan (“Kayrat” 4:1, Almatı şəhər yığması 5:0) Famil Xəlilovun yetirmələri bu dəfə də meydandan 3 xalla ayrılıblar. “Qəbələ” sözügedən qarşılaşmada minimal hesabla qalib gəlib. Elvin İmanlı komandaya qələbə qazandıran yeganə qola imza atıb. Bu nəticə ilə 3 oyunda maksimum - 9 xal qazanan təmsilçimiz turnirin qalibi adına sahib olub. Turnirdə ən çox - 5 qola imza atan Elvin İmanlı "ən sərrast futbolçu", qapıda inamlı oyunu ilə seçilən Sərxan Osmanov isə "ən yaxşı qapıçı" adına layiq görülüb və diplomla təltif edilib.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30