8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Bakı”da qeyri-müəyyənlik davam edir: son maaşlar verildi, hamı Hafiz Məmmədovdan cavab gözləyir

Cari mövsümdə 9-cu yeri tutan və növbəti mövsümdə Premyer Liqada iştirak etmək üçün lisenziya ala bilməyən “Bakı”da qeyri-müəyyənlik davam edir. Futbolxeber.az-ın məlumatına görə, hazırda klubda heç kim “Bakı”nın gələcək taleyinin necə olacağını bilmir. Bir müddət öncə klub prezidenti Hafiz Məmmədovun “Premyer Liqanı “Bakı”sız təsəvvür edə bilmirəm” sözləri çoxlarını ümidləndirmişdi. Lakin klub rəhbərindən yeni xəbər yoxdur.

“Bakı”nın növbəti mövsümdə I divizionda mübarizə aparıb-aparmayacağı, problemləri həll edib yenidən Premyer Liqada yarışıb-yarışmayacağı hələ də sual altındadır. Bütün bu sualların cavabı isə Hafiz Məmmədova bağlıdır. “Bakı” rəsmiləri klub prezidentinin tezliklə bütün məsələləri həll edəcəyinə ümid edirlər.

Bu arada dünən “Bakı”nın üzvlərinə sonuncu, may ayının maaşları da ödənilib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30