29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Eurosport”: İbrahimoviç Bakıdadır

PSJ-nin və İsveç milli komandasının hücumçusu Zlatan İbrahimoviç dünən gecə saatlarında İstanbul aeroportunda görünüb. Futbolxeber.az-ın məlumatına görə, bir xanım azarkeş futbolçu ilə İstanbul Atatürk hava limanında çəkdirdiyi şəkli sosial şəbəkədə yayımlayıb. Bundan sonra məşhur oyunçunun Türkiyə klublarından biri ilə danışıqlara gəlməsi haqda müzakirələr başlayıb.

Amma “Hürriyyət” qəzetinin yazdığına görə, sonradan “Eurosport” kanalı İbrahimoviçin Stakholmdan Azərbaycanın paytaxtı Bakıya yola düşdüyünü, İstanbulda isə sadəcə, tranzitlə olduğunu yazıb.

Lakin səfərin hansı məqsədlə həyata keçirildiyi haqda məlumat verilməyib.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentindən onlarda bu səfərlə bağlı hansısa məlumat olmadığı bildirilib.

Bununla belə, səfərin Bakıda keçiriləcək birinci Avropa Oyunlarına görə "Bakl-2015"in Əlaqələndirmə Komitəsi tərəfindən həyata keçirildiyi istisna edilmir.

Mənbə: qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31