29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Simurq” fəaliyyətini dondurdu: yemək yoxdu, məşqlər dayandı, komanda Lənkərana getmir

“Bu an üçün “Simurq” Lənkərana getmir. Bu, həm əsas, həm də əvəzedici heyətə aiddir. Amma sabah nə olacağını bilmirik. Hər dəqiqənin öz hökmü var”. Futbolxeber.az saytına açıqlamasında bunu “Simurq”un baş meneceri Kamran İsmayılov deyib.

Klub rəsmisi bildirib ki, komanda faktiki olaraq fəaliyyətini dondurub: “Komanda heç məşq də etmir. Futbolçular evlərinə yollanıblar. Paytaxtda olanlar Bakıya, digər şəhərlərdə yaşayanlar, eləcə də zaqatalalı futbolçular öz evlərinə gediblər. Kompleksdə dünəndən yemək dayandırılıb. Buna görə də hamı evinə dağılışıb. Əksər futbolçular Lənkərana yollanmağa hazırdırlar. Amma bunun üçün vəsait yoxdur. Nə avtobus təşkil edilib, nə də Lənkəranda otel danışılıb”.

K. İsmayılov klubun gələcəyinin necə olacağı haqda məlumatsız olduğunu qeyd edib: “Biz də mətbuatdan oxuyuruq ki, “Simurq” yaşayacaq. Təbii ki, komandanın dağılmasını heç kim istəməz. Zaqatala futbolsuz qalmamalıdır. Lakin hələ ki, heç bir yenilik yoxdur”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31