29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Hafiz Məmmədov: “9-cu olsa da, “Bakı” cari mövsümdə əsl kollektiv kimi mübarizə apardı”

“Bakı”nın prezidenti Hafiz Məmmədov komandasının cari mövsümdəki çıxışından razıdır. Futbolxeber.az-ın məlumatına görə, hazırda ölkə xaricində olan klub prezidenti dünən “Neftçi”yə qarşı baş tutan oyundan sonra (0:0) komanda üzvlərini təbrik edib. Mövsüm boyu gənclərin əzmkar mübarizə apardığını vurğulayan Hafiz Məmmədov, “Bakı”nın daim Azərbaycan futboluna xidmət etdiyini vurğulayıb: “Neftçi” ilə oyun “Bakı”nın cari mövsümdəki son ev qarşılaşması idi. Komanda çox yaxşı təsir bağışladı. Göstərilən oyuna görə futbolçulara təşəkkür edirəm. Onlar əsl kollektiv kimi mübarizə apardılar. İnanıram ki, bu uşaqlar gələcəkdə Azərbaycan futboluna daha böyük xeyir verəcəklər. “Bakı” bu mövsüm 9-cu yeri tutdu. Amma bu nəticə bizi məyus etmir. Çünki bu, onların böyük futbolda ilk addımlarıdır. “Bakı” vuruşqan komanda təsiri bağışladı. Bu gün komandamızda gənclərin oynaması Azərbaycan futboluna böyük fayda verəcək. Hazırda Premyer Liqanın bir çox klublarında “Bakı”nın yetirmələri oynayır. Bu, bizim düzgün iş apardığımızın göstəricisidir. İnanıram ki, hazırki heyətdə yer alan gənclər daha böyük uğurlar əldə edəcəklər. “Bakı” klubunun əsas məqsədi daim Azərbaycan futboluna xeyir vermək olub. Bu gün “Bakı”da oynayan gənclər yaxın gələcəkdə milli komandamızda da əsas söz sahibləri olacaqlar”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31