9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Rəşad Sadıqov: "Növbəti mövsüm də çempion olacağıq"

"Xoş təəssüratlar içindiyəm. Bundan əvvəl ardıcıl iki dəfə "Neftçi" ilə ölkə çempionu olmuşdum. Bu dəfə "Qarabağ"la eyni uğuru qazandım. İnanıram ki, növbəti mövsüm də çempion olacağıq. Çünki məqsədimiz odur ki, hər zaman uğura nail olaq". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri qol.az-a "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 35-ci turunda "İnter"ə 1:2 hesabı ilə uduzduqları matçdan sonra deyib.

O bildirib ki, çempionluğu rəsmiləşdirdikdən sonra bu oyuna motivasiya olmaq onlar üçün çətin olub: "Həm də kubokun oyununa görə bi raz ehtiyatla oynayırdıq. 60 dəqiqə gözəl futbol oldu. Amma sonradan komandada yorğunluq öz sözünü dedi".

R.Sadıqov "Qarabağ"ın Bakı "İnter"indən transfer etdiyi  Coşqun Diniyev və Elvin Məmmədov barədə də fikirlərini bildirib: "İnanıram ki, onların "Qarabağ"a faydası olacaq".

Millimizin üzvü "Qarabağ"a çempionluq kuboku təqdim olunan zaman stadionu erkən tərk etməsinin səbəbi haqda da danışıb: "Soyuqdəyməyə tutulduğum üçün stadionda çox qala bilmədim".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30