29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

"Futbol və Sağlam Həyat" adlı layihə 28 və 22 saylı orta məktəbdə keçirilib

"Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, AFFA-nın dəstəyi, "Azərikimya" İB və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün "Futbol və Sağlam Həyat" layihəsi davam edir. Futbolxeber.az-ın məlumatına görə, layihə bu dəfə Sumqayıtın 28 və 22 saylı orta məktəblərində baş tutub. Tədbirdə həmin məktəblərlə yanaşı 30, 21, 24, 31, 26, 34, 29, 22 və 23 saylı orta məktəblərin şagirdləri iştirak edib. Ümumilikdə, 2 gün ərzində layihə çərçivəsində 100-dən artıq şagird iştirak edib. Nəzərdə tutulduğu kimi "Sumqayıt" FK-nun texniki direktoru Frank Bernhardt şagirdlərə futbol oyunu haqqında hazırladığı proqramı təqdim edib. Tədbirdə "Sumqayıt" FK-nun baş meneceri Ceyhun Sultanov, əvəzedici komanda və akademiyanın futbolçu, məşqçi heyəti iştirak edib.

Qeyd edək ki, "Futbol və Sağlam Həyat" layihəsini keçirməkdə əsas məqsəd, gənc və yeniyetmə şagirdləri futbola cəlb etmək, məktəblilərin əla təhsil olmalarına stimul yaratmaq, futbolsevərlər arasında bu idman növünün təbliği, futbolun kütləviliyinin artırılması və gənclərimizi sağlama həyata yönləndirməkdir.


sumqayitpfc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31