8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

"İnter" 9-cu mövsümündə ikinci bürünc medalını qazandı

 

Azərbaycanın cari çempionatı 2004-cü ildə təsis edilmiş “İnter” Peşəkar İdman Klubu üçün sayca 9-cu oldu. Futbolxeber.az-ın məlumatına görə, komanda 2004-2005-ci il mövsümündə yerli birincilikdə debüt matçına çıxmışdı. Ilk nəticəsi də 18 komanda arasında 7-ci yer olmuşdu. O zamandan bugünədək “İnter” iki dəfə ölkə çempionu olmuş, bir dəfə ikinci yeri tutmuş və bir dəfə çempionatı üçüncü yerdə başa vurmuşdu. Bundan başqa, iki dəfə komanda dördüncü yeri və bir dəfə beşinci yeri tutmuşdu. 2013-2014-cü il mövsümünün başa çatmasına bir tur qalmış məlum olmuşdu ki, “İnter” mövsümü bürünc medalı qazanmaqla başa vuracaq. Maraqlıdır ki, Kaxaber Tsxadadzenin yetirmələri bürünc medalı klubun tarixində ilk dəfə olaraq ötən mövsümdə əldə etmişdilər.
 
Mövsüm
Yer
Komanda
M
Q
H
M
Qollar
X
2004/05
7
“İnter”
34
19
9
6
44-24
66
2005/06
4
“İnter”
26
14
8
4
35-14
50
2006/07
4
“İnter”
24
13
6
5
36-12
45
2007/08
1
“İnter”
26
18
4
4
55-18
58
2008/09
2
“İnter”
26
18
7
1
54-16
61
2009/10
1
“İnter”
22
15
4
3
36-18
49
1
“İnter”
10
5
2
3
11-10
17
2010/11
5
“İnter”
32
13
10
9
29-24
49
2011/12
3
“İnter”
32
16
8
8
29-21
56
2012/13
3
“İnter”
31
15
9
7
37-22
54
 
Qeyd etmək yerinə düşərdi ki, ötən mövsüm ilə müqayisədə cari çempionatda “İnter” daha çox rəqib qapısına yol tapdı. Belə ki, çempionatın başa çatmasına bir tur qalmış komanda 37 dəfə fərqləndi, ötən il 32 qarşılaşmada “İnter” 29 qol vura bilmişdi. Əgər son turda Kaxaber Tsxadadzenin yetirmələri “Qəbələ”yə qalib gələ bilsələr, o zaman qələbə sayına görə ötənilki nəticəni (16 dəfə) təkrarlayacaqlar. Bundan başqa, “İnter”   bu səviyyəni 57-ə çatdırmaqla toplanmış xal sayına görə nəticəni də yaxşılaşdıracaq. Qeyd edək ki, ötən mövsümdə komanda 56 xal toplamışdı. 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30