Ölkə futbolu
Rauf Əliyev: "Beş oyundan bir meydana çıxanda necə olmalıdır?"
"Heç kimlə prinsipim yox idi. Ola bilər ki, rəhbərlik az oynamağıma görə belə qərar verdi". Futbolxeber.az-ın məlumatına görə, bunu "Report"a açıqlamasında "Neftçi" klubu ilə yollarını ayıran futbolçu Rauf Əliyev deyib.
R.Əliyev Azərbaycan Premyer Liqasının XXXIII turunda "İnter"ə 0:4 hesablı məğlubiyyətdən sonra əvəzedici heyətə göndərilməklə transferə çıxarılıb. Bu gün isə o, kluba müraciət edərək azad agent statusu alıb. 26 yaşlı hücumçu komandanın əsas heyətinə düşə bilməməsinin səbəbini belə izah edib: "Bunlar bir oyuna görə yox, əvvəllər baş verənlərlə bağlı idi. Meydana çıxmamağımla bağlı baş məşqçi Arif Əsədovla çox danışmışam. Mənə şans verməyəndə onunla söhbət edirdim, amma gördüm ki, xeyri yoxdur".
Əvvəlki oyununu göstərə bilməyən R.Əliyev bunu meydana çıxmaması ilə əlaqələndirib. O bildirib ki, az-az meydana çıxmaqla istənilən oyunu nümayiş etdirmək mümkün olmur: "Beş oyundan bir meydana çıxanda necə olmalıdır? Beş oyundan sonra meydana çıxanda elə bilirsən ki, futbola yeni başlamısan. Nikolas Kanales sonradan qollarını vurdu, amma əvvəllər fərqlənə bilmirdi. Şans ona verildi və oynadı. Oynadıqca formaya düşürsən. Mənə şans verilmədi. Bir oyun oynayanda beşində oynamırdım. Belə olan halda da çətindir. Mən harada oynamışamsa, həmişə daimi üzvə çevrilmişəm. Ona görə də öz oyunumu göstərə bilmişəm".
"Neftçi" ilə normal qaydada ayrıldığını bildirən hücumçu gələcək planlarından da danışıb: "Hələlik bir şey yoxdur. Gələcəkdə bu haqda danışmaq olar. Futbolumuzda maddi baxımdan problemlər var. Yeni komanda ilə bağlı danışıqlar aparılır, amma dəqiq bir şey yoxdur. Əsas məqsədim transfer vərəqəmi götürmək idi. Bundan sonra yeni komanda barədə düşünmək olar".
Qeyd edək ki, Rauf Əliyev "Neftçi" ilə yanvarda 1,5 illik müqavilə bağlamışdı.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- “Neftçi”də maliyyə böhranı
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi
-
17:52
"Qızıl top" sahibinə nə vaxt qovuşacaq?
-
16:44
Azərbaycanın amputant millisi Yunanıstana qalib gəlib
-
16:38
Silvinyo: "Azərbaycan millisi bizi çətin vəziyyətə sala bilər"
-
15:19
Ayxan Quseynov "Turan Tovuz"la yeni müqavilə imzaladı
-
14:51
DÇ: Azərbaycan şahmatçısı vahid lider oldu
-
14:27
Azərbaycan - Albaniya: 19 manatdan 221 manatadək...
-
13:46
Azərbaycan paraüzgüçüləri Dünya Seriyasında iştirak edəcəklər
-
13:15
Azərbaycanla oyunu canlı izləyəcək
-
12:33
Həndbol millimiz Rusiyaya yollanıb
-
12:08
“Şamaxı”da daha bir ayrılıq