28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Ruslan Abışov “Neftçi”yə qayıdır?

Avropa Liqasında mübarizə aparacaq “Neftçi” heyətini gücləndirmək niyyətindədi. Futbolxeber.az-ın apasport.az-a istinadən verdiyi məlumata görə, paytaxt klubu bir neçə futbolçu ilə danışıq aparır.

 Baş məşqçi Arif Əsədovun “Neftçi”də israrla görmək istədiyi oyunçuların siyahısında birinci Ruslan Abışov qərarlaşıb. “Qəbələ” ilə müqaviləsi başa çatmaq üzrə olan milli komandanın üzvünə təklif göndərilib. Ancaq Abışov hələlik 6 il formasını geyindiyi klubun təklifini cavablandırmayıb.

Bununla bağlı saytımıza açıqlama verən Ruslanın meneceri və qardaşı Sərxan İbrahimoğlu geniş danışmasa da, məlumatı təsdiqləyib: “Qış transfer dönəmində də Arif müəllim Ruslanla danışmışdı. Amma Ruslan o zaman mövsümü “Qəbələ”də tamamlamaq istədiyini bildirmişdi. Bu dəfə hansı qərarı verəcəyini bilmirəm. Bir qədər gözləmək lazımdı”.

Qeyd edək ki, “Qəbələ”də icarə əsasında çıxış edən Ruslan Abışovun sabiq komandası “Rubin”lə bağlılığı da başa çatmaq üzrədi. Kazan klubu ilə sözləşməsi gələn ay başa çatacaq müdafiəçi azad agent statusuna malik olacaq. Bu isə Ruslanın karyerasını istədiyi klubda davam etdirməsinə şərait yaradacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31