8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Neftçi” “Stadium Tour” layihəsinə start verdi

“Neftçi” PFK-nın Müşahidə Şurasının ilk iclasında qəbul olunmuş “Stadium Tour” layihəsinə start verilib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, layihənin ilk qonaqları 16 yaşlı qızlardan ibarət “Neftçi” komandasının üzvləri olub. Görüşdə futbolçular əvvəlcədən müəyyən olunmuş marşruta əsasən “Bakcell Arena” stadionunun ərazisini gəziblər. Onlara ilk olaraq arenanın media mərkəzi və mətbuat zalı göstərilib. Daha sonra qonaqlar stadionun “Neftçi” PFK-ya aid paltardəyişmə otağında olublar.  “Neftçi” PFK-nın Müşahidə Şurasının üzvləri, veteran futbolçular - Mübariz Zeynalov, Səməd Qurbanov, klubun icraçı direktoru Elnur Məmmədov, idman direktoru Vəli Qasımov və digər nümayəndələr “Mix Zone”nın qarşısında futbolçularla görüşüblər. Rəsmilər “Neftçi”nin tarixində qızlardan ibarət ilk komandanın üzvlərinə öz tövsiyələrini verib və onlara karyeralarında uğurlar arzulayıblar. Bundan sonra “Stadium Tour” meydançada gəzinti ilə davam edib. Qonaqlara “Neftçi”nin rəmzi olan hədiyyələr - forma və şərf təqdim olunub. Mərkəzi “Skybox”ları gəzən futbolçulara stadionun “catering” bölməsi göstərilib. Tədbirin sonunda qonaqlara xatirə şəkilləri təqdim olunub. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30