29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Muarem Muarem: “Mübarizəsiz nəyisə qazanmaq mümkün deyil”

“Oyuna yaxşı hazırlaşmışdıq. Oyunun harada keçirilməsinin bizim üçün heç bir fərqi yoxdur. Önəmli olan 3 xalı qazanmaq idi, bunu da bacardıq”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Neftçi” ilə oyundan sonra “Qarabağ”ın üzvü Muarem Muarem deyib.

Makedoniyalı futbolçu rəqibin heç də zəif olmadığını vurğulayıb: “Rəqibin “Neftçi” olduğunu unutmaq lazım deyil. “Neftçi” Azərbaycandakı güclü komandalardan biridir. 2 top fərqi ilə önə keçdikdən sonra ehtiyatı əldən vermək olmaz. Məncə, bir qədər diqqətsizliyə yol verdik. Lakin sona ayıldıq və qələbə qazandıq”.

Muarem indidən “Qızıl dubl” barədə düşünmədiklərini bidirib: “Qarşıdan “Qəbələ” ilə qarşılaşma gəlir. İndidən çempionluq haqda danışmaq olmaz. Kubokla çempionat oyununun atmosferi fərqli olur. Finalda bir qarşılaşmadan ibarətdir”.

“Qarabağ”ın futbolçusu kənardan hər şey asan göründüyünü qeyd edib: “Kənardan hər şey asan görünə bilər. Lakin meydanda biz çox əziyyət çəkirik. Mübarizəsiz nəyisə qazanmaq mümkün deyil. Biz gücümüzü meydandakı mübarizəyə yönəldirik. Çempionluğu rəsmiləşdirmək üçün ən azı daha 2 oyunda qalib gəlməliyik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31