8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Berlində Heydər Əliyevə həsr olunmuş turnir keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Almaniyanın paytaxtı Berlində 13 yaşadək uşaqlardan ibarət komandalar arasında mini-turnir keçirilib. Futbolxeber.az-ın məlumatına görə, turnirdə Almaniya, Çexiya, Sloveniya, Danimarka təmsilçiləri ilə yanaşı, Almaniyada yaşayan azərbaycanlılardan təşkil olunmuş "Azəri" klubu da mübarizə aparıb. 10 komandanın çıxış etdiyi turnirdə 150 uşaq iştirak edib. Mini-turnirin qalibi Almaniya təmsilçisi olub. İkinci yeri Çexiya, üçüncü pilləni Danimarka komandası tutub. "Azəri" komandası turniri dördüncü yerdə başa vurub. Oyunlar başa çatdıqdan sonra konsert proqramı təqdim olunub. Yarış iştirakçılarının şərəfinə ziyafət verilib.

Qarşılaşmaları AFFA-nın I vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev və Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts izləyib.
Qərara alınıb ki, ümummilli lider Heydər Əliyevin anadan olduğu 10 may tarixində hər il Berlin şəhərində analoji turnir təşkil olunsun.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30