9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

AFFA-dan komandasına meydanı tərk etmək göstərişi verən klub prezidentinə sərt cəza

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, I Divizionun XXIV turunun “Rəvan” - “Qaradağ Lökbatan” matçının 77-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun prezidenti Tahir Mustafayevin göstərişilə meydançanı tərk etmişdir. Klub prezidenti öz hərəkətləri ilə yaranmış vəziyyəti daha da gərginləşdirmiş, hakimləri təhqir etmişdir. Lakin matçın hakim-inspektorunun təkidi ilə oyun 12 dəqiqədən sonra bərpa olunmuş və matç sona qədər oynanılmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir;

“Rəvan” - “Qaradağ Lökbatan” matçında “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40).

Oyunun 77-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun baş məşqçisi Əfqan Talıbov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 100 manat cərimə olunur (maddə 62).

“Qaradağ Lökbatan” klubu meydanı tərk edərkən klubunun prezidenti Tahir Mustafayev geniş kütlə qarşısında hakimlər briqadasını və hakimlər komitəsini təhqir etdiyinə görə 10 oyun stadiona girişinə qadağa qoyulur, klub 2000 manat cərimə olunur. (maddə 81),(maddə 10).

“Qaradağ Lökbatan” klubu meydançanı özbaşına tərk etdiyinə görə klub 1000 manat cərimə olunur (maddə 53.2). Bu hal yenidən təkrarlandığı halda klub daha ağır cəzalanacaqdır.

Oyunun 85-ci dəqiqəsində “Rəvan” klubunun 77 №-li futbolçusu Ceyhun Cavadov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30