29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Ardıcıl qələbələr əlavə motivasiyadır”

“Çox vacib qələbə qazandıq. Yaxşı nəticə əldə etdik. Futbolçularımın oyunu xoşuma gəldi”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi” ilə oyundan sonra “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Ukraynalı mütəxəssis psixoloji cıhətdən hazır olduqlarını bildirib: “Hər bir oyunçu özünə güvənirdi. Düzdür, ilk hissədə “Neftçi” hesabı bərabərləşdirdi. Amma biz özümüzə daha çox güvəndik və qollar vurduq. Qələbə onu göstərdi ki, biz psixoloji cəhətdən hazırıq. Mən komandama hər zaman inanıram. Son oyunlar onu göstərir ki, mən və komandam düzgün yoldayıq. “Qəbələ” hazırda yaxşı oyun sərgiləyir. Bu hələ ki, bizim start meydançamızdır. Daha da inkişaf etməliyik. İnkişaf etmək özü bir bacarıqdır. Çalışmalıyıq ki, daha da irəli gedək. Premyer Liqada zəif komanda yoxdur. Futbolçularımın hər biri öz işindən həzz almalıdır. Ardıcıl qələbələr əlavə motivasiyadır. İndiki qələbə oyunçuları növbəti gözəl oyunlara kökləyir”.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31