8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Karlos Kardoso: “Üçüncü qolda səhvim var idi”

“Neftçi”nin müdafiəçisi Karlos Kardoso “Qəbələ” ilə oyundan (1:3) sonra Futbolxeber.az saytına müsahibə verib. 

- “Neftçi” öz meydanında “Qəbələ”yə uduzdu. Qarşılaşma haqda nə deyə bilərsən?

- “Qəbələ”nin belə yaxşı oynaması mənim üçün sürpriz oldu. Təəssüf ki, komandamız 100 faiz oyuna köklənə bilmədi. Psixoloji cəhətdən çox çətin idi. Çalışırsan ki, motivasiya olasan, amma alınmır. Qarşıda “İnter”lə vacib oyunumuz var və bu məqam bizə “Qəbələ” ilə görüşdə mane oldu.

- “Qəbələ”dən belə oyun gözləmədiyini qeyd etdin. Rəqibin son 6 oyunda qələbə qazanmasını nəzərə almamışdınız?

- Yaxşı oynayacaqlarını gözləyirdik. Amma bu dərəcədə yox. Deyərdim ki, mən Azərbaycana gələndən sonra bəlkə də bizə qarşı sərgilənən ən yaxşı oyunu gördüm.

- Bugünki məğlubiyyəti “Neftçi”dəki qapıçı dəyişikliyi ilə əlaqələndirmək olar?

- Komandamızdakı hər iki qapıçı yüksək səviyyəlidi. Məğlubiyyəti qapıçı dəyişikliyi ilə əlaqələndirmək olmaz. Dediyim kimi, biz bu gün oyuna köklənə bilmədik.

- “Neftçi” kubokda finala çıxa bilməsə, bunu komanda üçün hər şeyin sonu hesab etmək olar?

- Bu haqda ümumiyyətlə düşünmək istəməzdim. Əminəm ki, öz oyunumuzu göstərsək, istəyimizə çatacağıq.

- “Neftçi”nin çempionatdakı məqsədi bürünc medal qazanmaqdı?

- Tək bürünc medal yox, həm də ikinci yer uğrunda oynayırıq.  Başqa variantımız yoxdu. Çempionluq şansımız çətindi, amma mübarizə hələ bitməyib. Yəqin ki, “Qarabağ”ın futbolçularından soruşsanız, onlar da çempionluq mübarizəsinin bitmədiyini deyəcəklər.

- “Qəbələ”nin ikinci qolundan sonra meydanda yaranan gərginliyin səbəbi nə idi?

- İkinci qolda kobudluq olduğunu düşünürəm. Məğlubiyyətə görə hakimi günahlandırmaq istəməzdim. O, bu gün oyunu yaxşı idarə etdi. Amma buna baxmayaraq, ikinci qolda rəqibin kobudluğa əl atdığını düşünürəm.

- “Neftçi”nin əvvəlki gücünü qaytarması üçün komandada hansı dəyişikliklərə ehtiyac var?

- Bu, rəhbərliyə veriləcək sualdı. Mən öz işimi görməyə çalışıram. Biz futbolçuyuq və əlimizdən gələni edirik. Lakin müəyyən dəyişikliklər olmalıdı.

- “Qəbələ”nin vurduğu üçüncü qolda səhvə yol verdiyini etiraf edə bilərsən?

- Bəli, üçüncü qolda səhvim var idi. Rəqibi yıxa bilərdim. Lakin kobudluq etmək istəmədim. Sonuncu oyunçuydum. Kobudluq etsəydim, hakim mənə qırmızı vərəqə göstərəcəkdi. Mən isə 6 ay ərzində qırmızı vərəqə ala bilmirəm. Ona görə də rəqib futbolçunu yıxmadım.

- Xəbərin varmı ki, AFFA İntizam Komitəsinin sənin haqqında qəbul etdiyi qərar digər klubların narazılığına səbəb olub?

- Mən həmin epizodda heç kimi təhqir etməmişəm. Bu səbəbdən də AFFA-dan epizoda baxıb, düzgün qərar veriblər. Mən sərt cəzaya layiq görüləcək hərəkət etməmişəm. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30