9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Təbriz Həsənov: "Məqsədimizə nail olduq"

Bakıda təşkil olunmuş UEFA-nın İnkişaf turnirində bu gün 16 yaşadək futbolçulardan ibarət Azərbaycan və Yunanıstan yığmaları arasında keçirilmiş oyundan sonra yığmamızın baş məşqçisi Təbriz Həsənov affa.az-a fikirlərini bildirib: “Komandada yorğunluq var idi. Oyun istədiyimiz tempdə alınmasa da, lazım olan nəticəni əldə etdik. Qarşımıza birinci yer tutmaq məqsədi qoymuşduq və buna nail olduq. Əlbəttə, deməzdim ki, hər şey yaxşıdır. Çatışmazlıqlarımız var. Bunu hər üç oyunda gördük. Növbəti toplanışlarda bu çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Fiziki hazırlığımızı artırmalıyıq. Müdafiədən yarımmüdafiəyə, yarımmüdafiədən hücuma keçəndə ləngimələr olur. Bundan sonra həm seleksiya işini davam etdirəcəyik, həm də komandanın texniki-taktiki hazırlığını yüksəldəcəyik.

Sevindirici haldır ki, məşqlərdə üzərində çalışdığımız standart vəziyyətlərin bəhrəsini gördük. Bu komanda ilə belə qollar çox vurmuşuq. Heyətdə başla dəqiq oynayan uşaqlar var. Çalışırıq ki, onların bu xüsusiyyətini daha da təkmilləşdirək. Eyni zamanda, standart vəziyyətlər zamanı necə müdafiə olunmağı və futbolçuların hansı mövqedə dayanmalı olduğunu başa salırıq. Ancaq bu istiqamətdə nə qədər hazırlıq keçsək belə, yenə də çatışmazlıqların olduğu belə turnirlərdə üzə çıxır”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30