9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Nikolas Kanales: “Neftçi” bu oyunla kuboku qazana bilər”

“Neftçi”nin hücumçusu Nikolas Kanales “İnter”lə oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.

- Dubl etməklə komandanın mühüm qələbə qazanmasında böyük rol oynadın. Oyun barədə nə deyə bilərsən?

- Ağır oyun oldu bizim üçün. “İnter” daim “Neftçi”yə qarşı yaxşı oynayır. Cari mövsüm çempionatda 2 dəfə onlara uduzmuşuq. Bu dəfə daha yaxşı oynayıb, istədiyimiz nəticəni qazandıq.

- Son oyunlarda məhsuldarlıq nümayiş etdirirsən. Demək olar ki, Kanales əvvəlki formasına qayıdır?

- Artıq oyunlar bir qədər fərqlidir. Rəqiblər də güclənib. İnanmıram ki, cari mövsümdə bombardir 20, 30 qol vursun. Əvvələ baxanda indi fərqlənmək daha ağırdı. Son oyunlarda qol vururam və buna görə də özümə inamım artıb.

- 2:0-lıq qələbədən sonra şanslar hələ də 50-nin 50-yədir?

- Arxayınlaşmaq olmaz. Çünki “İnter” süni meydanda yaxşı oynayır. Statistika da göstərir ki, biz orada çox qol vura bilməmişik. Səfərdə fərqli oynamalıyıq ki, qapımızdan qol buraxmayaq.

- Bu oyunla “Neftçi”kuboku qazana bilər?

- Düşünürəm ki, hə. Belə oynasaq, finalı da uda bilərik.

- Çoxları cari mövsümdə Azərbaycan Premyer Liqasının səviyyəsinin düşdüyünü deyir. Bu fikirlə razısan?

- Bəzi komandalarda iqtisadi problemlər var. Kiçik komandalar artıq iddialılara rəqib ola bilmirlər. Bu da formalaşmaya pis təısir edir. Bununla belə, çempionatın səviyyəsi aşağı düşüb deyə bilmərəm. Hətta bəzi komandaların səviyyəsi artıb. Məsələn, “Sumqayıt” haqda pis danışa bilmərəm. Onlara qarşı indi oynamaq daha ağırdı. Həm də bütün komandalar “Neftçi”yə qarşı bütün gücləri ilə oynayırlar. Bunları ümumi deyirəm.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30