9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“1000-ci oyunumu da “Qəbələ”də keçirmək istəyirəm”

Azərbaycan Premyer Liqasının XXIX turunun “Simurq”la oyunu (1:0) “Qəbələ”nin futbolçusu Ürfan Abbasov üçün əlamətdar olub. Futbolxeber.az-ın məlumatına görə, müdafiəçi “qırmızı-qaralar”ın heyətində 90-cı matçını keçirib. Abbasov 6 oyunluq qələbə seriyası, yubiley, “Simurq”la ötən turun oyunu və “Neftçi” ilə qarşıdakı matç haqda fikirlərini gabalafc.az-la bölüşüb:

“Komanda indi yaxşı formadadır. Bunun da nəticəsidir ki, ardıcıl qələbələr qazanırıq. Məşqçinin tapşırıqlarını tam yerinə yetirib, müsbət nəticələr əldə edirik. Bu uğurlu seriyanı davam etdirməyə çalışacağıq. Son qarşılaşmada qalib gəldiyimiz “Simurq”la görüş də bizim üçün çox vacib idi. Bu komandadan cəmi 2 xal öndə idik. Həm də onlarla son oyunlarımızda nəticə qazana bilmirdik. Bu dəfə meydanı 3 xalla tərk etməyimiz çox vacib idi. Komandamız da buna nail oldu. “Qəbələ” mənə doğma komandadır. 90-cı oyunumu oynadım. İstəyirəm 100-cü, 1000-ci oyunumu da burada keçirim. Növbəti turun “Neftçi” ilə oyunu da çətin olacaq. Bu matçda yalnız qələbə haqda düşünürük. Qarşılaşmanın hazırlıqlarına bu gün start veririk. Bakıya qələbə üçün yollanacağıq. 3 xaldan başqa heç nə haqda fikirləşmirik”.

Qeyd edək ki, XXX turun “Neftçi” - “Qəbələ” qarşılaşması aprelin 17-də keçiriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30