9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Simurq”un futbolçuları maaş üzünə həsrətdi

Cahangir Hacıyevin Beynəlxalq Bankın prezidenti vəzifəsindən istefa verməsindən sonra “Simurq” klubu ciddi maliyyə problemi ilə üzləşib. Qol.Az-ın “Futbol+” qəzetinə istinadən yaydığı xəbərə görə, məşqçilər korpusu, futbolçular və inzibati heyət son iki ayın (fevral və mart) maaşlarını ala bilməyib.

“Əmək haqqının nə vaxt veriləcəyi saul altındadır. Son 10 gündə rəhbərlik “bu gün, sabah” vədini versə də, ortada yekun nəticə yoxdu. Cahangir Hacıyevin tutduğu vəzifədən istefa verməsindən sonra klubun prezidenti Anar Bəkirov ağız açmağa konkret adam tapa bilmir. O da öz növbəsində gözləmə mövqeyi tutub vəziyyətin yaxşıya doğru dəyişəcəyinə ümid edir” – deyə qəzetin məlumatında bildirilib.

O da qeyd olunur ki, vəziyyət düzəlməsə, mövsümün sonu legionerlər klubu tərk edə bilər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30