9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Yaşar Vahabzadə: “Həmin oyuna istədiyimiz kimi hazırlaşacağıq”

“Farer adaları ilə oyunun hazırlıq planı demək olar ki, bəllidi. Qarşıdakı 1-2 gündə hər şey tam dəqiqləşəcək”. Futbolxeber.az-ın saytına müsahibəsində bunu 21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Yaşar Vahabzadə deyib.

Vahabzadə seçmə mərhələ oyununa ölkə xaricində hazırlaşacaqlarını qeyd edib: “İyunun əvvəlində komanda bir araya gələcək. Qarşıdakı oyuna daha yaxşı hazırlaşmaq üçün ölkə xaricinə üz tutacağıq. Bəli, siz dediyiniz kimi Avstriyada hazır keçməyi planlaşdırırıq. Amma əsas yığma ilə birgə olmayacağıq. Tam fərqli şəhərdə hazırlıq keçəcəyik. Hazırlıq prosesi müddətində yoxlama oyunu keçirmək də istəyirik. Hazırda bəzi komandalarla danışıqlar gedir. Rəqibin kimliyi müəyyənləşmədiyindən ad çəkmək istəməzdim”.

Təcrübəli mütəxəssis qeyd edib ki, ölkə kubokunun finalının iyunun 3-də keçirilməsi planlarına təsir göstərməyəcək: “Ölkə çempionatına mayın 28-də yekun vurulacaq. Son turdan sonra komandanı mümkün qədər tez bir araya gətrməyi planlaşdırırıq. Kubokun finalının iyunun 3-də keçirilməsini problem hesab etmirəm. Çünki ən pis halda həlledici qarşılaşmanın iştirakçıları olacaq komandanın üzvləri sonradan düşərgəyə qoşulacaqlar. Seçmə mərhələyə səfərdə başlayacağıq. Həmin oyuna istədiyimiz kimi hazırlaşacağıq. Sərfəli nəticə qazanmaq üçün əlimizdən gələni etməliyik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30