9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Qəbələ” Türkiyədə 9-cu yer uğrunda mübarizə aparacaq

“Qəbələ”nin 13 yaşadək futbolçulardan ibarət komandası Türkiyədə təşkil olunan ənənəvi beynəlxalq “VI Manavqat” turnirində növbəti oyunlarını keçirib. Futbolxeber.az-ın məlumatına görə, “Qırmızı-qaralar” qrup mərhələsinin 3-cü matçında Danimarka təmsilçisi “Nordsyelland”a 0:2 hesabı ilə uduzsa da, son iki turda maksimum nəticə göstərib. “Özerspor”u Ruslan İsmayılov və Rauf Məhərrəmovun qolları ilə 2:1 məğlub edən komanda, ardınca “Seyrantəpəspor”la görüşüb. Bu matçın taleyini Bayraməli Qurbanovun qolu həll edib - 1:0.

İlk oyun günündə “Berlin Türkiyemspor”u 1:0 hesabı ilə məğlub edib, “Qalatasaray”dan 2 cavabsız qol buraxan Ülfət Mədətovun komandası qrup mərhələsini 9 xalla başa vurub.

Beləliklə, 6 komandanın iştirak etdiyi qrupda 3-cü yeri tutan “Qəbələ” 9-16-cı yerlər uğrunda mübarizə aparacaq. “Qırmızı-qaralar” aprelin 2-dəki ilk matçında “Osmanlıspor”la qarşılaşacaq. Bu matç saat 11:30-da başlayacaq.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30