29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Rəşad Sadıqov: “Qələbə üçün əlimizdən gələni etdik”

“Əlimizdən gələni etdik ki, bu oyunda qələbə qazanaq. Erkən qol vurmaq haqda fikirləşirdik. Amma düşündüyümüzdən də tez alındı”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri milli komandamızın və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avro-2016-nın seçmə mərhələsində Maltaya qalib gəldikləri oyundan (2:0) sonra jurnalistlərə açıqlamasında deyib.

Qarşılaşmanı şərh edən təcrübəli müdafiəçi oyunun asan keçmədiyini bildirib: “Qoldan sonra daha ehtiyyatlı oynamağa başladıq. Rəqibin meydanın mərkəzində təzyiqləri artmışdı. Bizə rahat oynamağa imkan vermirdilər. Buna baxmayaraq, ilk hissədə bir neçə qol epizodumuz oldu. Amma istifadə edə bilmədik. İkinci hissədə rəqib sistemini dəyişdi. Təzyiqləri daha da artdı. Matçın ilk yarısına nisbətən ikinci yarıda bərabər oyun getdi. Çox sevinirik ki, çətin olmasına baxmayaraq ikinci qolu da vurduq və qalib gəldik”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31