29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Qriqorçukun komandası gücünü əvəzedicilərə göstərdi

Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilə dövründə hazırlıqlarını doğma şəhərində davam etdirən “Qəbələ” yoxlama oyununda qüvvəsini sınayıb. Futbolxeber.az-ın məlumatına görə, əvəzedici heyətlə üz-üzə gələn əsas komanda 7:2 hesabı ilə qalib gəlib.

Roman Qriqorçuk bu qarşılaşmada aşağıdakı start heyətinə şans verib: Dmitri Bezotosnı, Rafael Santos, Pavol Farkaş, Rikardinyo, Ürfan Abbasov, Aleksey Qay, Mixail Sivakov, Rəşad Sadiqov, Ekiqo Ehisoun, Bəxtiyar Soltanov, Viktor Mendi. Matçın gedişində Adrian Ropotan Rafael Santosu əvəzləyib ki, bunadək dayaq yarımmüdafiəçisi kimi çıxış edən Sivakov müdafiənin mərkəzinə keçib. Bundan başqa, Tellur Mütəllimov Mendi, Ruslan Tağızadə Ehiosunun əvəzinə meydana daxil olub.

İlk yarıda Qay, Soltanov və Rikardinyo əvəzedicilərin qapısına yol tapıb. Fasilədən sonra əvvəl Sivakov, ardınca əvəzedicilər fərqlənib. Mendi, Rikardinyo və Sadiqovun qollarından sonra isə Luis Araqonun yetirmələri daha bir dəfə fərqlənməyə nail olub.

Xatırladaq ki, fasilədən sonra baş tutacaq XXVII turda istirahət edəcək “Qəbələ”nin əsas komandası XXVIII tur çərçivəsində aprelin 5-də Bakıda AZAL-la qarşılaşacaq.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31