29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Qəbələ” “Tvente”yə uduzub, “Alkmaar”a qalib gəldi

“Qəbələ”nin 14 yaşlılardan ibarət komandası Hollandiyada keçirilən “Teksel Cup” turnirində mübarizəyə başlayıb. Futbolxeber.az-ın məlumatına görə, martın 23-dən “Zanbaqlar ölkəsi”ndə olan Xaqani Məmmədovun baş məşqçisi olduğu komanda turnirin ilk oyun günündə 3 matça çıxıb. Hollandiyanın şimalında yerləşən Teksel adasında keçirilən yarışda 6 komanda dairəvi sistemlə mübarizə apardığından iki gün davam edən turnirin birinci günündə 3 tur keçirilib. “Qəbələ” ilk qarşılaşmada “Tvente” ilə üz-üzə gəlib. Məhəmməd Məhərrəmovun fərqləndiyi matçda hollandiyalılar qalib gəlib - 2:1. “Qırmızı-qaralar” ikinci oyununda “Qroningen”lə qolsuz heç-heçəyə nail olub. “Alkmaar”la görüşdə 1:0 hesabı ilə qalib gələn təmsilçimizə 3 xalı İbrahim Camalovun qolu qazandırıb. Bu gün “Qəbələ” daha iki oyun keçirəcək. “Qırmızı-qaralar” əvvəl “Feyenoord”, ardınca “Teksel-94” ilə qarşılaşacaq.

Qeyd edək ki, “qırmızı-qaralar” turnirdən əvvəl “Feyenoord”la yoxlama oyununda qüvvəsini sınamışdı. Həmin matçda Rotterdam təmsilçisi qalib gəlmişdi - 3:2.

 


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31