8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Prosineçki: “Maltaya qarşı möhtəşəm oyun sərgiləməyə çalışacağıq”

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Avro-2016-nın seçmə mərhələsində qarşılaşacaqları Malta ilə oyun haqda danışıb. Futbolxeber.az-ın məlumatına görə, xorvatiyalı mütəxəssis UEFA-nın rəsmi saytına açıqlamasında Malta ilə görüşdə möhtəşəm oyun sərgiləməyə çalışacaqlarını bildirib: "Düşünürəm ki, Malta ilə oyun məndə güclü təəssürat oyadacaq. Şikayətlənə bilmərəm. Futbolçuları tanıyıram və onların potensialını bilirəm. Oyunçularımdan razıyam. Komandanın hər bir üzvü özünü sübut etməyə çalışmalı, meydanda mübarizə aparmalıdır. Futbolçular topu saxlamalı və ötürmə verməyi bacarmalıdır. Futbolçularda qələbə ruhu yaratmaq istəyirik. Bəli, tamamilə hücuma atılmayacağıq, ancaq möhtəşəm oyun sərgiləməyə çalışacağıq".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Malta oyunu martın 28-də, saat 21:00-da başlayacaq.

Mənbə: Qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30