29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Qarabağ Moskva”nı qarşıda 2 turnir gözləyir

Moskvada yaşayan azərbaycan gənclərdən və tələbələrdən ibarət “Qarabağ Moskva” futbol klubunu qarşıda 2 turnir gözləyir. Futbolxeber.az-ın məlumatına görə, komanda ilk olaraq Moskvada təşkil olunan "Amateur AzeTurk League"də gücünü sınayacaq. Aprel ayında isə “Qarabağ Moskva” “Beynəlxalq mini futbol liqası” adlanan turnirdə yarışacaq.

Qeyd edək ki, “Qarabağ Moskva” futbol klubu Moskvada yaşayan azərbaycan gənclərdən və tələbələrdən ibarətdi. Klubu 2013-cü ilin 10 yanvarında Moskvada yaşayan həmvətənlərimiz yaradıb. İlk olaraq Moskva Futbol Həvəskar Liqasının Şərq Divizionunda mübarizəyə qoşulan klub, debütdəcə Liqanın və “Silver Cup”ın qalibi olub. Daha sonra 2013-cü ilin may ayında “Lujniki”də baş tutan futbol spartakiadasında 96 komanda arasında 3-cü olmağı bacarıb.

Bu uğurdan sonra klubun 4 oyunçusu - Pərviz Abdinov, Sərxan Rzazadə, Aleksandr Revunov və Elnur Vəliyev Ryazan şəhərində təşkil olunan ənənəvi “Myaç Dobra” futbol turnirində Azərbaycan diasporunun Ryazan şəhərinin “Kaspiy” klubuna dəvət alıblar. Sonda sözügedən turnirin qalibi məhz “Kaspiy” kollektivi olub. Qeyd etmək yerinə düşər ki, komanda finala gedən yolda Ermənistanın “Ararat” klubuna, finalda isə “Paxtakor”a qalib gəlib. Turnirin ən yaxşı oyunçusu isə “Qarabağ”ın üzvü Pərviz Abdinov seçildi ki, bu da sevindirici məqamdı.

“Qarabağ Moskva” adlı komanda yenidən Şərq Divizionunda mübarizə apardı. Həmin mövsüm kollektiv 2-ci yeri tutdu. Bundan sonra klubda maliyyə problemləri yaşandığından, komanda fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. Buna baxmayaraq, klub ötən il 20 dekabrda çıxışını bərpa etdi. Bu dəfə öz maddi hesabına. Həmin gün “Lujniki”də “Den Futbola Moskva” turnirində iştirak edən “Qarabağ”, 150 kollektv arasında 9-cu yerə çıxdı.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31