9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

"İnter" 201 gündən sonra uduzdu

Bakının “İnter” klubunun məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Futbolxeber.az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasında ardıcıl 18 qarşılaşmada xalsız qalmayan paytaxt təmsilçisi 26-cı turun “Qəbələ” ilə ev matçında meydanı məğlub tərk edib - 1:2. Sonuncu dəfə 4-cü turun “Xəzər Lənkəran”la görüşündə uduzan Kaxaber Sxadadzenin yetirmələri “Xəzər Lənkəran”la səfər matçından (0:1) sonra heç kimə 3 xal verməmişdi. “İnter” 2014-cü il avqustun 29-da aldığı məğlubiyyətdən 201 gün sonra meydanı üzgün tərk edib.

Paytaxt təmsilçisi mövsümdə ilk dəfə öz meydanında xalsız qalıb. Əvvəlki 11 oyunda uduzmayan bakılılar sonuncu dəfə ötən mövsüm - 2014-cü il martın 16-da öz meydanında məğlubiyyətə üzülmüşdü. 367 gün əvvəl “Qarabağ”dan 3 cavabsız qol buraxan “İnter” son 16 ev oyununda 12 qələbə qazanıb, 4 heç-heçə edib.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30