29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Deyan Qovedaritsa: “Azərbaycanın nəyə qadir olduğunu Xorvatiya ilə oyunda dəqiq görəcəyik”

“Ən çətin qruplardan birinə düşmüşük. Qrupda yer alan bütün komandalar yaxşıdır”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri Serbiyanın U-17 komandasının baş məşqçisi Deyan Qovedaritsa deyib.

Bakıda 17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının elit-raundunun ilk turunda bu gün Serbiya millisi Portuqaliya ilə qolsuz bərabərliyə razılaşıb. Qovedarista görüşü belə şərh edib: “Bu gün oyun çətin alındı Hər iki komanda qələbə qazanmaq istəyirdi. Hər iki tərəfin də şansları oldu. 1 xal qazandıq. İndi artıq növbəti oyunlar barədə düşünməliyik”.

Serb mütəxəssis milli komandamız haqda da fikirlərini bölüşüb: “Azərbaycan millisi yaxşı komandadır. Heyətlərində sürətli oyunçuları var. Bir neçə oyunlarına baxmışam. Bilirəm ki, bir futbolçu Moskva ÇSKA-sında oynayır. Azərbaycanın nəyə qadir olduğunu bu gün Xorvatiya ilə oyunda dəqiq görəcəyik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31