29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Azərbaycan kubokunda 27-ci yarımfinalçı

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları yarımfinala vəsiqə qazanan 4 klubun adına aydınlıq gətirib. Futbolxeber.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, iki oyunun nəticəsinə əsasən (3:0, 0:0) “Qəbələ”ni məğlub edən “Simurq” tarixində ilk dəfə bu mərhələyə yüksəlib. İndiyədək kubokun yarımfinalına vəsiqə qazana bilməyən Zaqatala təmsilçisi buna nail olan 27-ci klubdur.

Belə ki, 1992-ci ildən bunadək əvvəlki 22 mövsümdə 26 komanda ən güclü 4 klub sırasına düşə bilmişdi. “Neftçi” hamıdan çox - 14-cü, “Qarabağ” 12-ci dəfə bunu bacarıb. “İnter” isə 8-ci uğuru ilə “Bakı” və “Xəzər Lənkəran”a çatıb.

Azərbaycan kubokunun yarımfinalçıları: “Neftçi” 14, “Qarabağ” 12, “Bakı”, “İnter”, “Xəzər Lənkəran” 8, “Kəpəz” 5, “Qəbələ”, “Turan”, “Kür-Nur”, “Xəzri” 3, AZAL, “Şəmkir”, “İnşaatçı” (Bakı), “MKT-Araz” 2, “Xəzər” (Sumqayıt), “Şəfa”, “Bakı fəhləsi”, ”“Bakılı”, “Viləş”, “Karvan”, “Xəzər” (Lənkəran), “Tərəqqi”, “Fərid”, “İnşaatçı” (Sabirabad), “Göyəzən”, “Rəvan”, “Simurq” 1 dəfə.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31