9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Georgi Nikolov azarkeşlərlə görüşüb

"İnter" PİK-in prezidenti Georgi Nikolov klubun azarkeşləri ilə görüşüb. Futbolxeber.az-ın məlumatına görə, "İnter Arena" stadionunun mətbuat konfransı zalında baş tutan görüşdə Nikolov "İnter"ə göstərdikləri dəstəyə görə azarkeşlərə minnətdarlığını bildirib. Azarkeş klubları arasında münasibətlərin normal saxlanılmasının əhəmiyyətinə toxunan klub prezidenti əlavə edib ki, "İnter" fanatları oyunlarda komandalarını həmişə olduğu kimi dəstəkləməli, oyunlar zamanı ümumi futbol atmosferini pozacaq hərəkətlərə və şüarlara yol verməməlidirlər. "İnter" fanatlarının indiyədək ciddi insidentlərə yol vermədiklərini alqışlayan Nikolov, belə xoş tendensiyanın bundan sonra da müşahidə ediləcəyinə əmin olduğunu vurğulayıb.

Görüşdə azarkeşləri maraqlandıran bir sıra məsələlər ətrafında da müzakirələr aparılıb.

 


inter.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30