9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

AZAL-dan “Neftçi”yə cavab: “Biz qaydalara uyğun hərəkət etmişik”

AZAL-ın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Eldəniz Yusifov “Neftçi”nin iddialarına cavab verib. Futbolxeber.az-ın məlumatına görə, Yusifov dünənki kubok oyununa görə “təyyarəçilər”ə texniki məğlubiyyət verilməsi haqda fikirləri qəbul etməyib: “Azərbaycan Premyer Liqasını və kuboku Peşəkar Futbol Liqası keçirir. Onlar işlərinin öhdəsin lazımınca gəlirlər. Hələ görüşdən əvvəl bu barədə müzakirə aparılmışdı. Şemonayev cəzasını başa vurub. O, mövsümün ilk yarısında “Xəzər Lənkəran”da çıxış edib. Bu komanda kubokda “Araz Naxçıvan” üzərində texniki məğlubiyyətə sevinib. Qaydalara əsasən, Şemonayevin də cəzası elə həmin oyunda başa çatıb. Bir sözlə, biz qaydalara uyğun hərəkət etmişik”.

Qeyd edək ki, “Neftçi”nin iddiasına görə Şemonayev son dəfə kubok oyununda meydana çıxdıqdan sonra cəzalı olub. O, ötən mövsüm ölkə kubokunda AZAL-ın heyətində “Qarabağ”a qarşı baş tutan oyunda qırmızı vərəqə alıb və 1 oyunluq cəzalanıb.

Mənbə: Sportpress.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30