9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Nazir və millət vəkilinə “Qəbələ”nin atributları hədiyyə olundu FOTOLAR

Azərbaycanın qədim və zəngin mədəniyyətinin təbliğ olunması, regionlararası mədəni əlaqələrin gücləndirilməsi, bölgələrin turizm potensialının işıqlandırılması məqsədi ilə "Bölgələrdən paytaxta" layihəsi çərçivəsində Bakıda - Gənc Tamaşaçılar Teatrında "Qəbələ günü" keçirilib. Futbolxeber.az-ın “Qəbələ”nin rəsmi saytına istinadən verdiyi məlumata görə, layihə çərçivəsində, Qəbələnin adət-ənənələrini, tətbiqi sənət, mətbəx nümunələrini, sosial-iqtisadi inkişafını və turizm potensialını əks etdirən sərgi təşkil edilib. Sərgidə "Qəbələ" İdman Klubu da təmsil olunub. "Qəbələ"nin müxtəlif idman növlərində beynəlxalq turnirlərdə qazandığı kuboklar, medallar və klub aksessuarları nümayiş etdirilib. Paytaxt sakinlərinin marağına səbəb olan sərgidə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, millət vəkili Fəttah Heydərov və Qəbələ rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev də iştirak edib. "Qəbələ" İdman Klubunun stendini ziyarət edən fəxri qonaqlara klubun atributları hədiyyə olunub.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30