29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Prosineçki: “Oyundan razı qaldım”

"Şaxtyor" Avropanın ən güclü klublarından biridir. Birinci hissəni çox yaxşı keçirdik”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Şaxtyor”la oyundan sonra milli komandamızın baş məşqçisi Robert Prosineçki deyib.

Xorvat mütəxəssis oyundan razı qaldığını bildirib: “Məşq və oyun tamamilə fərqlidir. Bu oyunda futbolçuların nəyə qadir olduğunu gördüm. Oyundan razı qaldım. Cəmi üç gündür birgəydik. Bu, çox az müddətdir. Hələ çox işləməliyik”.

Prosineçki gələcəyə ümidlə baxdığını qeyd edib: “Komandanın hər bir üzvü özünü göstərməyə çalışdı, ötürmələrlə oynadı, top saxladı, mübarizə apardı. Düzdür, ikinci hissədə rəqib bizim top saxlamağımıza imkan vermədi. İnanıram ki, gələcəkdə daha yaxşı oyun nümayiş etdirəcəyik”.

Millimizin çalışdırıcısı futbolçulardan razılığını ifadə edib: “Yenilərdən razı qaldım. Antona gəlincə, bir daha qeyd etmək istəyirəm ki, biz onu gələcək üçün hazırlayırıq. O, öz üzərində daha çox çalışmalıdır. Belə olan halda bir neçə ildən sonra millinin sol cinah müdafiəçisi baxımından problemi olmayacaq. Bütövlükdə, bütün gənc oyunçulardan razı qaldım".

 

affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31