29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Yaşar Vahabzadə: “Topu elə sadə vəziyyətdə itiririk ki...”

Türkiyənin Antalya şəhərində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə Qazaxıstanın “Atırau” klubu arasında keçirilmiş yoldaşlıq oyunundan sonra yığmamızın baş məşqçisi Yaşar Vahabzadə affa.az saytına açıqlama verib: “Bu komandanın baş məşqçisi kimi ilk oyunda qələbə qazanmağımız yaxşı haldır. Uşaqlar çalışdılar, əllərindən gələni etdilər. Amma çatışmazlıqlar var, xüsusilə, qol epizodlarında. Topu elə sadə vəziyyətdə itiririk ki, öz qapımız qarşısında təhlükə yaranır. Birinci hissədə belə epizodlar çox oldu. Fasilədən sonra futbolçular oyuna bir qədər arxayın başladılar. Bu da ondan irəli gəldi ki, bəzi oyunçuların fiziki hazırlığı o dərəcədə yaxşı deyil. Buna görə dəyişikliklər etdik, oyunun sürətini, tempini saxladıq və nəticədə qələbə qazandıq. Qana yığması ilə keçirəcəyimiz oyuna gəlincə, bizim üçün bütün qarşılaşmalar ciddi sınaqdır. Çalışacağıq ki, hər oyunda əzmkarlıq göstərək.

Əsas millinin düşərgəsində olan futbolçularımız, ola bilsin ki, "Şaxtyor"la oyunun ertəsi günü bizim Qana yığması ilə görüşümüzdə iştirak etsinlər. Təbii ki, zədə ilə bağlı problem olmasa. Coşqun Diniyev, Elvin Camalov, Namiq Ələsgərov kimi futbolçular bizə qoşulsalar, heyətdə müəyyən dəyişikliklər edəcəyik".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31