29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

"Sumqayıt" “Neftçi" ilə oyunun hazırlığını davam etdirir

Azərbaycan Premyer Liqasının son turunda səfərdə "Simurq"la heç-heçə edən (1:1) "Sumqayıt" Futbol Klubu iki günlük istirahəti başa vurub. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Aqil Məmmədovun komandası dünəndən etibarən "Kapital Bank Arena"da "Neftçi" ilə oyunun hazırlığına start verib. Komanda tam heyətlə hazırlaşa bilmir. Belə ki, 3 futbolçu Andrey Popoviç, Məhəmməd Qurbanov, Orxan Əliyev A millinin, Şahrudin Məhəmmədəliyev, Cəmil Hacıyev U-21-in və Budaq Nəsirovla Fərid Kərimzadə isə U-19-un düşərgəsində yer alır. Komanda səhər məşqində daha çox fiziki hazırlıq üzərində çalışıb. "Sumqayıt" FK-nun növbəti məşqi isə axşam saat 16:30 başlayıb.

Qeyd edək ki, "Sumqayıt" FK növbəti oyununu fevralın 28-də "Kapital Bank Arena"da "Neftçi"yə qarşı keçirəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31