Ölkə futbolu
Bakıya gələn erməni futbolçu: “Aeroportda məni 5 saat saxladılar”
Rusiyanın 17 yaşadək futbolçular ibarət milli komandasının üzvü, erməni futbolçu David Kazaryan Futbolxeber.az saytına müsahibə verib.
“BAKININ DAHA KASIB ŞƏHƏR OLACAĞINI FİKİRLƏŞİRDİM"
- Bakıda 2 yoxlama oyunu keçirdiz. Azərbaycan millisinin oyunu barədə nə deyə bilərsən?
- Azərbaycan yığmasının çıxışını bəyəndim. İlk oyundan fərqli olaraq, ikinci görüş daha çətin alındı. Çünki bu dəfə Azərbaycan millisi bizim taktikanı öyrənmişdi. Oyunlarını da buna uyğun qurmuşdular.
- Azərbaycan və Rusiya millilərinin oyununda hansı fərqlər var?
- Biz komanda şəklində oynayırıq. Güc 1-2 nəfərin üstünə düşmür. Sizdə isə topu dərhal vururlar qabağa, hücumçular çox qaçmalı olurlar. Həm də biz daha sürətli oynayırıq. Azərbaycan millisi cinahlardan daha çox istifadə edir. Elə bu gün qollardan birini də cinah ötürməsindən sonra vurdular.
- Yəqin ki, bu, Azərbaycana ilk səfərindir...
- Hə, ilk dəfədir ki Bakıdayam.
- Bakı səndə necə təəssürat oyatdı?
- Sözün açığı, Bakının daha kasıb şəhər olacağını düşünürdüm. Amma belə deyil. Dünən şəhərin mərkəzində gəzintidə olduq. Şəhəriniz çox gözəldi.
- Bəs, Yerevanda olmusan?
- Hə, olmuşam.
- Ora ilə Bakını müqayisə edə bilərsən?
- Hər ikisi gözəldi.
- Hansı fərqlər var?
- Buranı çox bəyəndim. Bizdə əsasən şəhər qədimdir. Sizdə isə daha müasir.
“MƏNƏ DEDİLƏR Kİ, ÇALIŞ, ERMƏNİ OLDUĞUNU BİLDİRMƏ”
- Valideynlərin Bakıya gəlişinə necə reaksiya verdilər?
- Onlar da narahat idilər. Mənə dedilər ki, çalış, erməni olduğunu bildirmə, diqqətli ol. Amma mən bildirdim ki, bu futboldu, siyasət deyil. Baş verən müharibəyə görə mən günahkar deyiləm.
- Valideynlərinə təhlükəsizliyinlə bağlı nəsə deyildi?
- Hə, bildirdilər ki narahat olmayın, hər şey yaxşı olacaq. Azərbaycan tərəfi təhlükəsizliklə bağlı təminat verir. Hər şey nəzarət altında, təhlükəsizlik də yüksək səviyyədə olacaq.
- Sənin kimi sonuncu dəfə Bakıda Kriştianu Ronaldo belə mühafizə qorunurdu. Bundan xəbərin var?
- Bu haqda məlumatsızam. Amma daim ətrafda polislərin çox olduğunu bilirəm.
- Nəyə görə Rusiya millisini seçdin?
- Rusiya mənə futbolu öyrətdi. Məhz onların sayəsində bu gün Almaniyaya düşüb, inkişaf edirəm.
- Səncə buna görə qınaq obyektnə çevrilməyəcəksən?
- Mənim erməni pasportum olsaydı, kimsə məni tənqid edə bilərdi. Amma mənim yalnız Rusiya pasportum var. Üstəlik, tezliklə Almaniya pasportuna da sahib çəıxacağam. Üçüncü pasport almağım isə qeyri-mümkündü.
“ÜMİD EDIRƏM Kİ, AZƏRBAYCANDAN HANSISA FUTBOLÇU ERMƏNİSTANA GETSƏ, ONU DA BELƏ QARŞILAŞAYACAQLAR”
- Rusiya millisindəki komanda yoldaşların Bakıya gəlişivi necə qarşıladılar?
- Onların çoxu 100 il əvvəl olan bu hadisələrdən xəbərsizdi. Məni aeroportda saxlayarkən, onlar şoka düşdülər. Onlar da bildirdilər ki, biz bura futbol oynamağa gəlmişik.
- Aeroportda səni çox saxladılar?
- 5 saat saxladılar. Dedilər ki, gözlə. Müəyyən məsələləri araşdırdılar. Yekunda da 5 saatdan sonra ölkəyə daxil olmağıma icazə verdilər.
- Azərbaycana gəlməyinə görə peşman deyilsən?
- Yox. Azərbaycana minnətdaram ki, məni belə qarşıldılar. Halbuki daha pis olacağını düşünürdüm. Düşünürdüm ki, fitə basacaqlar, psixoloji cəhətdən mənə daha çətin olacaq. Çox şey gözləyirdim. Amma sevinirəm ki, heç nə olmadı. Ümid edirəm ki, Azərbaycandan hansısa futbolçu Ermənistana getsə, onu da belə qarşılaşayacaqlar.
- Yayda Bakıda ilk Avropa Olimpiya Oyunlarının keçiriləcəyindən xəbərin var?
- Hə, bu barədə məlumatım var. Bilirəm ki, erməni idmançılar da həmin yarışda iştirak edəcəklər. İmkan olsa, mən də gəlib olimpiya oyunlarınızı izləmək istərdim.
- Yenə hava limanında 5 saat qalmaqdan qorxmursan?
- Yox, yəqin ki ikinci dəfə belə problem yaşamaram.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- 93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
-
15:44
Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas baş tutub
-
13:29
Azərbaycanın daha beş veteran cüdoçusu Avropa çempionatında medal qazanıb
-
12:33
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
-
12:17
Azərbaycan millisi Ermənistana qalib gəldi
-
12:08
Azərbaycanın gimnastları növbəti dəfə Dünya Kubokları seriyasının qalibi olublar
-
11:41
Azərbaycanın daha bir atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
11:16
“Araz-Naxçıvan”ın hazırlıq planı məlum oldu
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi