29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Denis Silva: “Qol epizodunda bəzi futbolçularımız geri qayıtmadı”

“Neftçi”nin müdafiəçisi Denis Silva “Qarabağ”la oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.

- “Neftçi” cari mövsümdə ikinci dəfə öz meydanında “Qarabağ”a uduzdu. Məğkubiyyətin səbəbini nədə görürsən?

- Qarşılaşma barədə fikir bildirmək bir qədər çətindi. Uduzmaq istəmirdik. Uğur qazanmaq üçün bütün gücümüzü meydanda qoyduq. Qalib gəlmək istəsək də, alınmadı.

- “Neftçi” vəziyyəti dəyişə biləcək?

- Vəziyyətimiz çətindir. Amma hər şey bizdən asılı deyil.

- Bir epizodda “Qarabağ”ın hücumçusu Reynaldonun zərbəsinin qarşısını aldıqdan sonra buna çılğın reaksiya verdiniz. Bunun xüsusi bir səbəbi var?

- Reynaldo güclü futbolçudu. Həmin anda komandamı xilas etdiyim üçün sevindim. Amma söhbət məndən getmir. Əsas olan komanda şəklində uğur qazanmaqdı.

- Son dəqiqədə gələn qol nəyin nəticəsidir?

- Həmin epizodda bəzi futbolçularımız geri qayıtmadı. Onları da başa düşmək olar, futbolçu da insandı, qaçır və yorulur. Meydanda belə halların olması normaldı. Sona yaxın diqqəti də əldən verdik.

- 90 dəqiqə ərzində “Qarabağ” “Neftçi”nin qapısı qarşısında xeyli sayda qol epizodu yaratdı. Müdafiədəki boşluqlar nədən irəli gəlirdi?

- Bunun dəqiq cavabını demək çətindi. Günahı kiminsə üstünə atmaq düzgün deyil.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31