29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Premyer Liqanın bombardiri: “Milliyə çağırılmadığım üçün təəssüflənmirəm”

"Heyətdən xəbərim var, orda mənim adım yoxdu. Açığı siyahıda adımın olacağını düşünürdüm. Amma çağırılmadığıma görə də pis olmadım". Futbolxeber.az-ın məlumatına görə, bunu "FutbolPress"ə açıqlamasında "Bakı"nın hücumçusu Nurlan Novruzov deyib.

Azərbaycan Premyer Liqasının bombardiri, Robert Prosineçkinin onu millimizin Antalyadakı toplanışına dəvət eləməməsinə belə münasibət bildirib: "Milli komandada oynamaq üçün Premyer Liqada əlimdən gələni edirəm. Hər zaman çalışıram ki, millinin baş məşqçisinin diqqətində olum. Ancaq bu dəfə də çağırılmadım. Lakin heç də təəssüflənmədim. Artıq bunu dünəndən yaddan çıxarmışam. Bu haqda çox düşünsəm həvəsdən düşə bilərəm. Qabağa baxmalıyam, zamanla hər şey yoluna düşəcək".

22 yaşlı hücumçu milliyə layiqli futbolçuların dəvət aldığını deyib: "Milliyə dəvət alan futbolçular buna layiqdi. Bircə Anton Krivotçuku tanımıram. Yəqin ki, Prosineçki onda nəyisə bəyənib. Milliyə uğurlar arzulayıram. O formanı geyinsəm, bir də çətin kiməsə qaytarım". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31