9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

AFFA Nadir Qasımov və Kamran Quliyevi cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, toplantıda aşağıdakı qərarlar qəbul edilib:

11 fevral 2015-ci il U-19 Liqasının “İnter” - “Xəzər Lənkəran” matçının 56-cı dəqiqəsində “Xəzər Lənkəran”  klubunun 77 №-li futbolçusu Əli Əliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1).

13 fevral 2015-ci il U-19 Liqasının “Rəvan” - “Xəzər Lənkəran” matçının 86-cı dəqiqəsində “Rəvan” klubunun Baş məşqçisi Füzuli Məmmədov texniki zona qaydalarını pozduğuna görə 1 oyunluq cəzalanır (maddə 62).

9 fevral 2015-ci il Bakcell U-17 Liqasının “Xəzər Lənkəran” - “Sumqayıt” matçının 69-cu dəqiqəsində “Sumqayıt” klubunun 17 №-li futbolçusu Tural Fəttayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

12 fevral 2015-ci il U-16 Liqasının “Qarabağ” - “Xəzər Lənkəran” matçının 26-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun 14 №-li futbolçusu Kamal Dənziyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).

12 fevral 2015-ci il U-16 Liqasının “Simurq” - “İnter” matçının 69-cu dəqiqəsində “İnter" klubunun 17 №-li futbolçusu Nadir Qasımov təhqiramiz ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).

10 fevral 2015-ci il U-15 Liqasının “Qəbələ” - “Neftçi” matçının 62-ci dəqiqəsində “Qəbələ” klubunun 7 №-li futbolçusu Kamran Quliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

10 fevral 2015-ci il U-15 Liqasının AZAL - “Şahdağ matçının 67-ci dəqiqəsində AZAL klubunun 1 №-li futbolçusu Vüqar Rüstəmli hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).

Oyun bitdikdən sonra AZAL klubunun 21 №-li futbolçusu Nizami Səmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).

 


affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30