9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Tuyqun Nadirov: “Qərara aldıq ki, Premyer Liqada 21 və 23 yaşlı futbolçuların maaşlarına limit tətbiq edək”

Növbəti mövsümdən etibarən Azərbaycan Premyer Liqasında 21 və 23 yaşlı futbolçuların maaşlarına limit tətbiq edilə bilər. Bu haqda Futbolxeber.az saytına müsahibəsində Klublar Komitəsinin rəhbəri, “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov məlumat verib: “Klublar Komitəsinin bugünki iclasında gənc futbolçuların maaşları ilə bağlı limit məsələsi müzakirə olundu. Qərara aldıq ki, Premyer Liqada 21 və 23 yaşlı futbolçuların maaşlarına limit tətbiq edək. 21 yaşa kimi futbolçular ildə maksimim 30-35 min qazanacaqlar. Fərq ondadır ki, əyalətdə çıxış edənlər 35, paytaxt klubunda oynayanlar isə 30 min illik maaş ala bilərlər. 23 yaşlılar isə bu rəqəm bölgələrdə 60-a, paytaxt klublarında isə 50-yə bərabər olacaq. Təbii ki, bu, bir təklifdir. Bu məsələ İcraiyyə Komitəsində müzakirəyə çıxarılacaq və müsbət qarşılansa, növbəti mövsümdən qüvvəyə minəcək”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30