9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

AFFA-nın təşkil etdiyi turnirin qalibi müəyyənləşdi

AFFA-nın təşkil etdiyi “Bakcell U-14 Elit Kuboku” turnirinə bu gün Bayıl stadionunda yekun vurulub. Futbolxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, III yer uğrunda oyunda “Bakı” və “Neftçi” komandaları qarşılaşıb.  Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda daha 1 qol vuran “Bakı” turniri üçüncü pillədə başa vurub.

Final oyunu “İnter” və “Qəbələ” komandaları arasında keçirilib. Rəqibini 3:0 hesabı ilə məğlub edən “Qəbələ” “Bakcell U-14 Elit Kuboku” turnirinin qalibi adını qazanıb.

Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, Bakcell şirkətinin nümayəndəsi Ayaz Əhmədov, Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov, “Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov və “İnter” klubunun kənar idarəçisi Georgi Nikolov təqdim edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30