8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Neftçi”nin futbolçusu: “Qol vurduqdan sonra nə edəcəyimi bilmirdim"

“Neftçi”nin yarımmüdafiəçisi Samir Məsimov “Xəzər Lənkəran”la oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.

- Ardıcıl 2 uğursuz oyundan sonra “Neftçi” nəhayət ki qələbə qazandı. “Xəzər Lənkəran”a qarşı baş tutan görüş barədə nə deyə bilərsən?

- Bizim üçün vacib oyun idi. Bu qarşılaşmanı bizim üçün dönüş nöqtəsi hesab etmək olardı. Çünki 2 oyun idi ki, qələbə qazana bilmirdik. İstəyirdik ki, bu matçda qələbə qazanmaqla uğursuzluğa son qoyaq. Belə də oldu. Çox mühüm qələbə qazandıq. Psixoloji cəhətdən də bizə yalnız qələbə lazım idi.

- Düşünmək olar ki, bu qələbədən sonra “Neftçi” “qara zolaq”dan çıxacaq?

- Məşqlərdə tam gücümüzlə çalışırıq ki, hər şey qaydasında olsun. İnanıram ki, bu qələbənin ardı gələcək. Məqsədimiz odur ki, “Neftçi” öz yerinə, layiq olduğu birinci pilləyə qayıtsın.

- Hazırda “Neftçi”nin zirvəyə yüksəlmə nə dərəcə realdı?

- Liderlik üçün mübarizə aparmağa 100 faiz hazır deyilik. Çünki “Qarabağ”la aramızda xal fərqi çoxdu. “Qarabağ” AZAL üzərində də qələbə qazandı ki, bu, bizim üçün pisdi. Amma onlarla qarşıda 2 oyunumuz var. Çalışacağıq ki, “Qarabağ”a çataq. Təslim olmayacağıq. Sona kimi mübarizə aparacağıq.

- Qələbəyə baxmayaraq, “Neftçi” “Xəzər Lənkəran”la oyunda elə də parlaq çıxış etmədi. Bunun səbəbi nədir?

- Uşaqlar narahat idilər. Hər kəs bilirdi ki, bu oyunda komandaya mütləq qələbə lazımdır. Psixoloji cəhətdən də bir qədər axsayırdıq. Ümid edirəm ki, bu qələbədən sonra yalnız irəli gedəcəyik.

- “Xəzər Lənkəran”ın qapısına qol vurduqdan sonra ehtiyat oyunçular skamyasına tərəf qaçdın. Bunu necə izah edə bilərsən?

- Çoxdandır ehtiyatda qalırdım. Qol vurduqdan sonra özümü itirdim, nə edəcəyimi bilmirdim. Ona görə də ehtiyat oyunçular skamyasına tərəf qaçdım.

- Bunu baş məşqçi Arif əsədova mesaj kimi qəbul etmək olar?

- Yox, yox. Mənim işim meydana çıxıb, oyunumla əsas heyətə layiq olduğumu göstərməkdir.

- Necə düşünürsən, bu qoldan sonra növbəti turda “Qəbələ”yə qarşı baş tutacaq oyunda start heyətində yer ala biləcəksən?

- Buna baş məşqçi qərar verəcək. Mən məşqlərdə formada olduğumu göstərməliyəm ki, məşqçi mənə inansın və şans versin.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30